Zaqatalada narkotacirdən odlu silah götürülüb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan şəxs tutularaq istintaqa təhvil verilib.
Bu, rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayevdir. pizza sifarişi
Onun yaşadığı evə baxış zamanı 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Telegram kanalımız