Zaqatalada partlayış: Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada partlayış: Ölən və yaralanan var

Hadisə

30 Sentyabr 2023 23:43 898


Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində iki nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak oub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq, H.Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. pizza hut

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!