Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı

Kriminal

15 Sentyabr 2022 16:19 1017


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, araşdırma zamanı onların rayon sakinləri, qohumlar - İlqar Bayramov və Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!