Zatulin: Müxalifət Paşinyanı devirmək üçün Rusiyadan dəstək istəyib

saytların hazırlanması

Evə çatdırılma

Zatulin: Müxalifət Paşinyanı devirmək üçün Rusiyadan dəstək istəyib

Rəsmi

22 Noyabr 2023 14:59 1142


2021-ci ildə erməni müxalifəti dəstək istəyi ilə Rusiya Federasiyasına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Konstantin Zatulin "Qovorit Moskva" radiostansiyasına açıqlamasında deyib.

O, Rusiyanın müxalifətə dəstəkdən imtina etməsinə də münasibət bildirib: “Lakin Rusiya tərəfi hakimiyyət dəyişikliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına təsir göstərə və yeni müharibəyə səbəb ola biləcəyi səbəbi ilə bundan imtina edib”. Pepperoni pizza

K. Zatulin hazırda Ermənistanda Rusiyaya ictimai dəstəyin azalmaqda olduğunu və buna səbəb kimi Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiyaya qarşı “beyinlərinin yuyulması” olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!