Zaur Hacı-Məhərrəmov yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Zaur Hacı-Məhərrəmov yüksək vəzifəyə təyin edildi

İdman

29 Avqust 2022 18:10 3868


Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytında məlumat verilib.

Məlumata görə, rəhbərliyin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb. Marqarita pizza

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!