Zaurun verilişində dava düşdü: “Üç mənim boydasan...“

saytların hazırlanması

Evə çatdırılma

Zaurun verilişində dava düşdü: “Üç mənim boydasan...“

Şou

24 Dekabr 2021 17:55 1807


ATV-də yayımlanan "Bizimləsən" proqramında gərgin anlar yaşanıb.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, verilişə övladını axtarmaq üçün gələn Elmira adlı qadınla aktrisa Cəmilə Tağızadə dava edib.

Cəmilə efirdə qadına deyib: "Sən burada övladını axtarırsan, amma başqasına qarğış edirsən. Nədi demişəm, get işlə. İşləmək eyibdir? Üç mənim boydasan, atam dünyasını dəyişəndə 48 kiloqram idim, gedib işləyirdim. İşləmək nə zamandan təhqir olub? Səninkimilər işləməyi özünə eyib bilir". pizza

Elmira isə "Sənə başqası deyiləm, artıq-əskik danışma. Mənə dilənçi dedin" deyib. Cəmilə isə ona qışqıraraq "Dilənçisən, "siqan"san" cavabını verib.

Elmira Cəmiləyə hücum edərkən halı pisləşib, studiyada ürəyi gedib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!