Zaxarova: “Dini liderlərin üçtərəfli görüşü...“

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: “Dini liderlərin üçtərəfli görüşü...“

Dünya

14 Oktyabr 2021 12:46 788


"Ermənistan, Rusiya və Azərbaycanın mənəvi liderlərinin üçtərəfli görüşü, problemlərin aradan qaldırılması və etimad mühitinin yaradılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün digər vacib formatdır".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Bu görüş ilk deyil, din liderləri arasında təmaslar onilliklər ərzində davam edir. Aralarında etimad münasibəti mövcuddur", - deyə Zaxarova qeyd edib. pizza hut

Onun sözlərinə görə, oktyabrın 13-də Moskvada keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və inamın gücləndirilməsi, təcili humanitar problemlərin həlli, mədəni və dini irs obyektlərinin qorunması da daxil olmaqla, Cənubi Qafqazda ümumi vəziyyəti yaxşılaşdırmağa xidmət edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!