Zaxarova: Qoy rədd olsunlar!

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: Qoy rədd olsunlar!

Dünya

07 Oktyabr 2024 14:27 501


Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional vəzifələrin inkişafının vacibliyinə əsaslanaraq bütün sektorlarda fəal əməkdaşlıq edir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: “Kollektiv Qərb ölkələrinin, NATO blokunun bulanıq suda balıq tutmaq və üstəlik, bu suyu bulandırmaq üçün böyük istəyini görürük. Regionun digər ölkələri kimi Bakı da bunu yaxşı bilir”. Dördpendirli pizza

Zaxarova qeyd edib ki, Cənubi Qafqaz ölkələri Qərbin xaosu yayma istəyinin qarşısını almalıdır:

“Bu region çox məşəqqətli, müxtəlif millətlərdən olan insanların qəlbində çoxlu münaqişələrdən, hətta qanlı, amansız müharibələrdən keçib. Ona görə də kim sülhlə gəlmək istəsə, məncə, hamı onu xoş qarşılayacaq. Qoynunda daş yox, bıçağı belə olanlar isə regionumuzdan rədd olsunlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!