Zaxarova yenə Ermənistana ağıl verdi

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova yenə Ermənistana ağıl verdi

Dünya

14 Fevral 2025 15:41 227


Ermənistan başa düşməlidir ki, Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qarşılıqlı əlaqələrin qurulduğu tarif və normativ-hüquqi bazalar bir-birini istisna edən xarakterə malikdir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Məsələ siyasi meyllilikdə deyil, Aİ və Aİİ-də qarşılıqlı əlaqələrin qurulmasının əsasını təşkil edən bütün normativ-hüquqi bazaların və tarif sistemlərinin bir-birini istisna edən xarakterə malik olmasındadır", - deyən diplomatın sözlərinə görə, bu problemi səsləndirməmək və gizlətmək mümkündür, lakin bu, artıq dezinformasiya olacaq. pizza

"Söhbət Ermənistanın suveren seçimindən gedir, lakin bütün növbəti addımların nəticələrini izah etmək baxımından əsas məsuliyyəti ölkənin indiki hakimiyyəti daşıyır. Belə taleyüklü qərarlar qəbul ediləndə ictimai rəy sorğularını öyrənmək və hazırlıq işləri görmək, dürüst olmaq lazımdır", - M.Zaxarova bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!