Əgər Ermənistanda sağlam, perspektivli institusional müxalifət olsaydı, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə son bəyanatla bağlı cavab verərdi.
Yenisabah.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vaqe Ovannisyan yazıb.
“Dövlət marağı tələb edir ki, cavab verən müxalifət olsun, çünki Rusiyada bilməlidirlər ki, Ermənistan təkcə avantürist mövcud iqtidar, həm də fərqli gündəm və baxışa malik müxalifət var. pizza mizza
Əgər bizdə həqiqətən də Rusiya ilə müttəfiqlik münasibətlərinə böyük önəm verən, münasibətlərin gərginləşməsi riskini anlayan müxalifət, indiki iqtidardan daha ciddi müxalifət olsaydı, o zaman Rusiya Xarici İşlər Nazirliyinə cavab verərdi", - deyə Ovannisyan qeyd edib.
Telegram kanalımız