Zelenski ehtiyatda olanları hərbi xidmətə çağırır

saytların hazırlanması

Evə çatdırılma

Zelenski ehtiyatda olanları hərbi xidmətə çağırır

Dünya

21 Aprel 2021 13:13 659


Ukrayna Prezidenti Vladimir Zelenski hərbi komissarlıqlar sistemində islahatların aparılmasına dair Ali Radanın qəbul etdiyi qanunu imzalayıb.

Yenisabah.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, indi Ukrayna səlahiyyətliləri “xüsusi dövrdə” səfərbərlik elan etmədən bir gündə ehtiyatda olanları hərbi xidmətə çağıra bilərlər. Bundan əlavə, qanun yeni xidmət növü yaradılır: ehtiyatda olanlar “xüsusi dövrdə” müqaviləli xidmət edəcəklər. Belə bir çağırışla bağlı qərarı yalnız Ukrayna Prezidenti verəcək.

Üstəlik, 2021-ci ilin aprel-iyun ayları ərzində 14,2 mindən çox ukraynalı həqiqi hərbi xidmətə cəlb olunur. Onlardan 6,5 min nəfəri Ukrayna Silahlı Qüvvələrinə, 4,6 min nəfəri Milli Qvardiyaya, 2,5 min nəfər Dövlət Sərhəd Xidmətinə, daha 600 nəfər isə Dövlət Xüsusi Nəqliyyat Xidmətinə yönəldiləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!