Zelenski münaqişənin bitəcəyi tarixi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski münaqişənin bitəcəyi tarixi açıqladı

Dünya

09 Oktyabr 2024 23:07 1100


"Ukrayna münaqişəni 2025-ci ildən gec olmayaraq dayandırmaq istəyir".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində bildirib.

"Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru aparmaq üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq" , - o bəyan edib. pizza sifarişi

Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunacaq sənəd hazırlayacaq. Lakin dövlət başçısı bu konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!