Zelenski Rusiya ilə atəşkəs müzakirələrini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiya ilə atəşkəs müzakirələrini rədd etdi

Dünya

11 Oktyabr 2024 00:11 854


"Ukrayna Qərblə Rusiya ilə münaqişədə atəşkəs imkanlarını müzakirə etməyib".

Oxu.Az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Volodimir Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, son vaxtlar mediada onun atəşkəsdən danışmaq üçün Qərbə getdiyi barədə məlumatlar yayılıb. Zelenski bu məlumatın həqiqətə uyğun olmadığını bildirib. Dominos pizza

Xatırladaq ki, bundan əvvəl İtaliyanın "Corriere della Sera" qəzeti Zelenskinin Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazır olduğunu, bunun müqabilində Kiyevin Qərbdən təhlükəsizlik zəmanəti istədiyini yazmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!