Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şuranın doqquzuncu iclasında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi açıqlama verib. Nazirlik görüşün aprelin 10-u İstanbulda baş tutacağını diqqətə çatdırıb.
Bildirək ki, nazirlərin iştirakı ilə təşkil olunacaq görüşdə Türkiyə-Ukrayna münasibətləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın dərinləşməsi istiqamətində atılacaq addımlar müzakirə ediləcək. Toyuqlu pizza
Telegram kanalımız