Zəliyə bənzər cihaz hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Zəliyə bənzər cihaz hazırlandı

Maraqlı

13 May 2024 11:11 1293


İsveçrə Federal Texnologiya İnstitutunun alimləri zəlidən ilhamlanaraq vantuz formalı cihaz hazırlayıb.

Yenisabah.az xəbər verir ki, vantuz formalı qabın içərisində kənardan yüngül təzyiq tətbiq edildikdə dəriyə nüfuz edən mikro iynələr işə düşür. Beləcə cihaz, sözün əsl mənasında, damarlardan qanı qısa müddətdə əmərək qaba doldurur.

“Advanced Science” jurnalında dərc edilən araşdırmada cihazın qiymətinin çox aşağı olduğu, buna görə də malyariya kimi xəstəliklərlə mübarizə aparan yoxsul Afrika ölkələrində effektiv şəkildə istifadə oluna biləcəyi vurğulanıb. Dominos pizza

Bundan əlavə, konteynerin içindəki mikro iynələr ümumiyyətlə qan toplamaqda istifadə olunan böyük iynələrlə müqayisədə yaralanma riskini minimuma endirir.

Elm adamları, əslində, cihazı başqa bir araşdırmaya əsaslanaraq dizayn etdib.

Tədqiqatçı David Kleyn layihə zamanı zəlilərin necə qan sovurduğunu araşdırdıqlarını və cihazı bu modelə uyğun hazırladıqlarını qeyd edib.

2,5 santimetrlik qabın xarici hissəsi silikondan, mikro iynələr isə poladdan hazırlanıb. Bununla belə, tədqiqatçılar gələcəkdə onu tamamilə təkrar istifadə edilə bilən materiallardan istehsal etməyi hədəfləyirlər.

Hələlik alimlər cihazı yalnız donuzlar üzərində sınaqdan keçiriblər. Akademiklər layihəni genişləndirməyi və cihazı insanlar üzərində sınaqdan keçirməyi planlaşdırdıqlarını bildirirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!