Zəlzələ Ağsuda dağıntılara səbəb oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ Ağsuda dağıntılara səbəb oldu - Fotolar

Hadisə

20 Noyabr 2021 22:58 1220


Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib.

Yenisabah.az xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb.

Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub. pizza hut

Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirib və yeni evin tikiləcəyi ilə bağlı ev sahibinə məlumat veriblər. Amma bu günə kimi heç bir iş görülməyib.

Qeyd edək ki, 5 otaqdan ibarət evdə 5 nəfər yaşayır, onlardan 2-si uşaqdır. Hazırda ailənin bütün üzvləri qəzalı evin digər 2 otağında yaşamaq məcburiyyətində qalıb. Onlar aidiyyəti qurumlardan kömək gözləyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!