Əməkdar artist Elza Seyidcahanın qohumu olduğunu iddia edən və "bomj" həyatı yaşadığını deyən Ramil adlı şəxs "Elgizlə izlə" verilişinə gəlib.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı müğənni efirə telefon zəngi ilə qoşularaq həmin şəxsin haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Seyidcahan onu tanımadığını vurğulayıb və təhqir edib: pizza sifarişi
"Bütün qohumlarıma demişəm ki, adımı haradasa çəkirsinizsə, ona layiq özünüzü aparın. Mən o adı brendləşdirmişəm. Bəlkə də Ramil əmim nəvəsinin nəticəsidir, amma "Mazandaran pələngi"nə oxşayır. Əgər kimsə ailədə hörmətli olan birinin adını çəkirsə, ona layiq olmalıdır. Heç olmasa, nəslimizdə məndən böyük adamlar var, nənələrim, dayılarım, əmilərim, - hamısı hörmətli insanlar olublar, həmçinin mən.
Əgər bu gün 30-40-50 adama baxa bilirəmsə, deməli, Ramil, "Mazandaran pələngi" özünə baxa bilər. Niyə gedib orada "bomj" kimi yaşayır?! Deməli, günah onun özündədir. Ayıbdır. Orada əyləşən bütün tamaşaçılar mənim qohumumdur. Onun gözləri ağrıyırsa, onu əməliyyat elətdirərəm. Amma heç olmasa, bundan ibrət götürsün, bir də belə hadisələr yaşanmasın. Ayıbdır.
Övladının gələcəyini düşünən ata bu əməllərini qatlayıb qoyar kənara. Gəlsin bağda bağban işləsin, görüm necə adamdır. Tanımıram onu".
Ramil daha sonra digər qohumlarının adını çəkməyə başlayıb. Bu isə E.Seyidcahanı daha da əsəbiləşdirib:
"Onların çörəyi sənin burnundan gəlsin. Utanmayıb gedib orada yatırsan? Həyatı günahlandırma. Utanmaz. Hələ baxacağam, səni işə düzəldəcəyəm, görüm necə işləyirsən. Sən camaata pis örnəksən. Sənin yerinə mən utanıram".
Telegram kanalımız