Zərdabda 12 yaşlı uşaq su kanalında batdı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda 12 yaşlı uşaq su kanalında batdı

Hadisə

16 İyun 2023 01:15 796


Zərdab rayonunda 12 yaşlı uşaq su kanalında batıb.

“Report” xəbər verir ki, hadisə rayonun Gəlmə kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

Belə ki, 12 yaşlı Eyvazov Nihat Rafael oğlu dayısı ilə həmin kanala çimməyə gedib. Çimərkən suda boğulan Nihatı dayısı xilas etməyə çalışsa da, buna nail ola bilməyib və uşaq anidən batıb. pizza mizza

Nihat Eyvazovun tapılması məqsədilə əraziyə FHN-in Sularda Xilasetmə Dəstəsinin Dalğıc Qrupu çağırılıb. Uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!