Zərdabda 22 yaşlı qadın oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda 22 yaşlı qadın oğurlandı

Kriminal

10 Sentyabr 2025 18:38 391


Zərdab rayonunda 22 yaşlı qadın oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 9-da rayonun kəndlərindən birində baş verib.

2003-cü il təvəllüdlü qadın evlənmək məqsədilə iradəsinə zidd olaraq oğurlanıb. Toyuqlu pizza

Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər və cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi üzrə cinayət işi başlanılıb. İ.Rəhmanoğlu cinayət məsuliyyətinə cəlb olunub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurlanan qadının yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!