Zərdabda dəm qazından zəhərlənən şəxsin son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda dəm qazından zəhərlənən şəxsin son durumu açıqlandı

Sosial

25 May 2026 16:01 111


Zərdab rayonunda yaşadığı evdə dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü  1 nəfər (kişi)  Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: pizza hut

"Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir.  Vəziyyəti orta ağır qiymətləndirilir".

Qeyd edək ki, 

hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır. 

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!