Zərdabda narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda narkotacir saxlanıldı

Kriminal

08 Mart 2022 09:07 379


Zərdabda narkotik satmaq istəyən Ağdam rayon sakini saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 300 qram "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib. pizza mizza

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!