Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

Sosial

17 Yanvar 2023 11:33 10246


7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

“Yeni Sabah”  Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı,  Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!