Zeynəb Xanlarova haralardadır? - Oğlundan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarova haralardadır? - Oğlundan AÇIQLAMA

Mədəniyyət

17 Oktyabr 2021 14:17 1917


Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova təxminən iki aydan sonra - 28 dekabrda növbəti yubileyini - 85 yaşını qeyd edəcək.

Maraqlıdır ki, Xalq artisti hazırda 1 ilini qeyd etdiyimiz 44 günlük Vətən müharibəsinə və Ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.

Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir? Dördpendirli pizza

Yenisabah.az xəbər verir ki, modern.az sənətkarın özü ilə əlaqə saxlaya bilməyib, amma oğlundan Zeynəb xanım haqqında qısaca bilgi alıb.

Ailəsindən bildirilib ki, Zeynəb Xanlarova Azərbaycanda – Bakıdadır: “Hər kəs kimi o da pandemiya səbəbindən özünü qoruyur”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.

Sənətkar 12 illik fasilədən sonra ötən il böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane oldu.

Belə ki, əvvəlcə 28 marta təyin olunan konsertin vaxtı pandemiya səbəbiylə tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq 3 may tarixinə dəyişdirilmişdi. Daha sonra tədbirin tarixi yenidən dəyişdirilərək 28 noyabra keçirildi. Amma koronavirusun tüğyan etməsi həmin tarixdə də sənətkarın tamaşaçıları bir yerə toplamasına imkan vermədi və konserti reallaşmadı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!