Zeynəb Xanlarova məni dəhlizdə saxlayıb dedi ki... - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

Zeynəb Xanlarova məni dəhlizdə saxlayıb dedi ki... - Aktyor

Şou

28 Yanvar 2024 10:37 4352


"Özüm uşaqlıq görməmişəm, uşaq həyatı yaşamamışam. Valideyn olmayan yerdə uşaq necə sevinib, şadlana bilər? 6 yaşım olanda hamı mənə deyirdi: "Qocalanda sənə necə müraciət edəcəklər? Adışirin baba?"

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu aktyor Adışirin Bağırov deyib.

O əlavə edib: "Adımı hallandırıb gülürdülər. İndi mənim adımı "Sim-Sim Lələ" əvəz edir. Bəzən onu yadıma salıram, deyirəm ki, Allahın işinə bax da. Hələ yadıma gəlmir ki, o verilişi biz studiyada çəkək. Pepperoni pizza

Uşaqlar işıqlardan, kameralardan qorxurdu. Dişimizlə, dırnağımızla uşaqları parkda, zooparkda çəkirdik. Çox vaxt uşaqları özüm seçirdim. Çalışırdım ki, uşaqları həmişə maarifləndirim. Analar, nənələr mənə deyirdilər ki, uşaqlarımızı sizin verilişinizlə böyüdürük. Mən də çalışırdım ki, eyni uşaqlar çəkilməsin. Texnologiya inkişaf etdikcə artıq hiss edirdim ki, sehrdən danışmaq olmur, uşaqlar da zatən inanmazdılar.

AzTV-də struktur dəyişikliyi oldu, redaksiyalar bağlandı. Obraz kimi mən və digər həmkarlarım kənarda qaldıq. İnciyib, küsmədim. Kimi qınaya bilərdim?! Bunu texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Başqa kanallar da dəvət etmədilər. Çünki mən AzTV-nin aktyoru idim. Deyirdilər ki, sizi dəvət etsək deyəcəklər ki, AZTV-nin obrazıdır.

Sözün düzü özüm də sonralar can atmadım. Hətta o vaxt Gənclər Teatrında çalışanda Hüseynağa Atakişiyev qarşıma şərt qoyub dedi ki, ya televiziyanı seç, ya da teatrı. Gözümü qırpmadan, düşünmədən televiziyanı seçdim. Teatrdan çox asanlıqla çıxdım. O vaxt məni haralara dəvət etmirdilər ki...

Zeynəb Xanlarova bir dəfə AzTV-nin dəhlizində məni saxlayıb dedi ki, deputatam, amma verilişlərinə baxıram. Əlimi sıxıb, təşəkkür etdi. Bu mənim üçün unudulmaz bir görüş idi. Gözümdə şöhrət, pul qazanmaq yox idi. Olsaydı indi bəlkə də villalarda yaşayırdım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!