İngiltərədə zibilliklərdən tapılan “Mickey Mouse” oyuncağı tarixi dəyəri anlaşıldıqdan sonra Londondakı “V&A” muzeyinə təhvil verilib.
Yenisabah.az xəbər verir ki, oyuncaq Londonda aşkarlanıb. Onun 1930-cu illərə aid olduğu məlum olub. Zibillər ayrılan zaman nadir tarixi oyuncaq təkrar emal müəssisəsinin əməkdaşlarının diqqətini çəkib.
Onun İngiltərənin ən qədim oyuncaq ayı istehsalçılarından biri olan Pontipul şəhərindəki “Dean's” oyuncaq fabrikində hazırlandığı müəyyən olunub. Sezar pizza
Tarixi 1700-cü illərə dayaqlanan “Dean's” şirkəti 1930-cu illərdə İngiltərədə "Disney" personajlarının oyuncağını hazırlayan ilk şirkət olub.
“Mickey Mouse”un nümayiş olunacağı Pontipul Muzeyinin kuratoru Ketrin Cincel qeyd edib ki, oyuncağı əsl aid olduğu yerə qayıtması çox gözəldir:
"Məncə, Mikinin zibillikdən qurtulması çox gözəldir! Mən çox şadam ki, onu gələcək nəsillər öz evində görəcəklər”.
Zibillikdən tapılan oyuncaq restavrasiya olunduqdan sonra nümayişə çıxarılacaq.
Telegram kanalımız