Zidan ABŞ, Braziliya və Portuqaliya millilərini çalışdırmaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Zidan ABŞ, Braziliya və Portuqaliya millilərini çalışdırmaqdan imtina etdi

İdman

08 Yanvar 2023 12:59 727


"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan ona gələn bir neçə təklifi qəbul etməyib.

Yenisabah.az "L'Equipe"ə istinadən xəbər verir ki, fransalı mütəxəssis ABŞ, Braziliya və Portuqaliya millilərindən təklif alsa da, bunlardan imtina edib.

Bunun əsas səbəbi kimi isə onun Fransa yığmasını çalışdırmaq istəməsi göstərilir. Düzdür, bu, yaxın gələcəkdə gözlənilmir. Çünki Fransa Futbol Federasiyası Didye Deşamla müqaviləni 2026-cı ilə qədər yeniləyib. Dördpendirli pizza

Həmçinin, onun dilini bildiyi ölkənin millisində çalışmağa üstünlük verdiyi qeyd edilib. Zidan ingilis dilini deyil, ispan dilini mükəmməl bilir. Buna görə ABŞ-dan gələn təklifə "yox" deyib.

Xatırladaq ki, Zinəddin Zidan sonuncu dəfə "Real"ı çalışdırıb və bu komanda ilə 3 də Çempionlar Liqasının və 2 dəfə İspaniya La Liqasının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!