"Real"ın sabiq məşqçisi Zinəddin Zidanın 3-cü dəfə "Kral klubu"na gətiriləcəyi istisna olunmur.
Yenisabah.az "The Athletic"ə istinadla xəbər verir ki, mütəxəssis təkcə Fransa millisi ilə deyil, həm də "Real", "Yuventus" və "Marsel" ilə işləməyə açıqdır.
Zidana "Real"a qayıtmaq üçün düzgün şərtlər toplusu lazımdır. Bundan əlavə, Madrid klubunun prezidenti Florentino Peres müəyyən güzəştlərə getməli olacaq. Dominos pizza
Həmçinin, əgər "Marsel" irəliləyiş əldə edərsə və kuboklar uğrunda mübarizə aparmağa hazır olarsa, Zidan bu komandaya da rəhbərlik etməyə hazırdır.
Bundan əlavə, Zinəddin bir neçə dəfə PSJ-dən imtina edib. Onun ötən yay parislilərlə işləməkdən imtina etməsinə Fransa yığmasını çalışdırmaq imkanının olması təsir edib. Amma Zidan əslində, PSJ ilə işləmək istəmir, çünki o, "Marsel"ə hörmət edir və bu klubu sevir.
Telegram kanalımız