“Zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Zindanda olsa da…” – Pərviz Bülbülə Rəşad Dağlıdan danışdı

Şou

08 Oktyabr 2025 17:18 481


"Rəşadla illərin dostuyuq. İnanmıram ki, bu dəqiqə məndən çox Rəşadla birlikdə meyxana demək istəyən biri olsun".

Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, bunu meyxanaçı Pərviz Bülbülə “Künc Bucaq”da deyib.

O, Rəşad Dağlı ilə əlaqələrindən danışıb: Toyuqlu pizza

“Mən Rəşadı zindanda görmürəm. Elə bilirəm ki, harasa gedib gələcək. Mənim Rəşadla bağlı demək istədiklərim efirə sığmaz. Onun üçün duadan başqa əlimdən heç nə gəlmir. Onda da adam çox çarəsiz olur.

Orada həm utanc, həm də xəcalət hissi var. Baş çəkməyə getmişəm. İmkan olsa, yenə getmək istəyərəm. Çünki Rəşadla illərin dostuyuq. İnanmıram ki, bu dəqiqə məndən çox Rəşadla birlikdə meyxana demək istəyən biri olsun. O meyxanalar və meydanlar üçün darıxmışam”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!