“Zirə“ Macarıstan klubuna uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə“ Macarıstan klubuna uduzdu

İdman

17 Yanvar 2023 14:59 697


"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha 1 yoxlama görüşü keçirib. 

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi əvvəlcə Macarıstanın 2-ci liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin bu matçdakı yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub. 

Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komanda ikinci matçda isə Serbiya Superliqası təmsilçisi “Radniçki" olacaq. Bu oyun saat 16:30-da start götürəcək.  pizza sifarişi

Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2. "Zirə" sabah Bakıya qayıdacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!