Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, ikinci oyun günündə bir oyun keçirilib. “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Bu qələbə sayəsində Rəşad Sadıqovun komandası "Neftçi"ni geridə qoyaraq turnir cədvəlində yenidən 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də keçiriləcək. Dominos pizza
Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral (bazar)
17:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Hamidu Keyta, 63, 90+3
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
Telegram kanalımız