Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib. Toyuqlu pizza
Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız