Zülfiyyə Xanbabayeva ilk dəfə qızından danışdı: “Alınmadı...”

saytların hazırlanması

Evə çatdırılma

Zülfiyyə Xanbabayeva ilk dəfə qızından danışdı: “Alınmadı...”

Şou

09 Oktyabr 2025 14:38 560


Xalq artisti Zülfiyyə Xanbabayeva illər sonra ilk dəfə olaraq qızı Dənizlə münasibətindən danışıb.

Yenisabah.az xəbər verir ki, müğənni “Söhbət var” verilişində qonaq olarkən şəxsi həyatına dair səmimi etiraflar edib.

Söhbət zamanı o, övladı ilə münasibətinə dostluq prizmasından yanaşmaq istəsə də, bunun tam olaraq mümkün olmadığını bildirib: Marqarita pizza

“Uşaqlığımdan necə tərbiyə görmüşəmsə, qızımı da eyni qaydada böyütməyə çalışmışam. Fərqli davranmağa cəhd etdim, dost olmağı istədim, amma bu, baş tutmadı. Vaxt keçdikcə anladım ki, aramızda dostluq münasibəti qura bilməmişik”, – deyə Zülfiyyə Xanbabayeva qeyd edib.

Sənətçi bu sözləri ilə valideyn-övlad münasibətlərində ən səmimi etiraflarından birini edib. Onun sözlərinə görə, bəzən valideynlər övladları ilə dost olmaq istəsələr də, ailə daxilindəki tərbiyə prinsipləri və böyüdükləri mühit bu istəyi reallaşdırmağa imkan vermir.

Müğənninin səmimi açıqlamaları sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər Zülfiyyə Xanbabayevanın illərdir şəxsi həyatını mediadan uzaq saxlamasına baxmayaraq bu dəfə açıq danışmasını cəsarətli addım kimi dəyərləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!