Zülfüqar Hüseynzadənin ölüm səbəbi nə olub? - Həkimdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Zülfüqar Hüseynzadənin ölüm səbəbi nə olub? - Həkimdən açıqlama

Hadisə

19 İyun 2023 13:48 6218


"Qəflətən ölən istəlinən insanla bağlı Məhkəmə Tibbi Ekspertizasının rəyi olmalıdır, diaqnoz dəqiqləşdirilməli və təsbit edilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin qəfil ölüm səbəblərini danışarkən deyib. 

Həkim belə ölüm faktları zamanı ehtimallar üzərində fikirlərin yürüdülməsinə təəssüf etdiyini vurğulayıb: "Tibbi ekspertizanın rəyi ortada olmalıdır. İstənilən halda bu hadisə kənarda baş verib, yəni, həkim nəzarətində olmayıb, ona görə də mütləq Məhkəmə Tibbi Ekspertizasının rəyi vacibdir”. pizza mizza

Ekspert qəfil ölümlərin səbəbləri barədə danışıb: "Onun əsas səbəblərindən biri trombofiliya və qəfil ürək dayanmasıdır. Bu, ürək-damar xəstəlikləridir. Burada çox fikir yürütmək olar, təzyiqin qalxması, infarkt, insult, trombofiliya, ürəyin qəfil dayanması və s. Bəlkə də hansısa ritm pozuntusu olub. Bunu demək çətindir. Buna görə birmənalı fikir bildirmək düzgün deyil. Hər halda çox üzücü bir xəbər oldu”. 

Qeyd edək ki, Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında dünyasını dəyişib. Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!