Rusiyada “Yessentuki” futbol klubu lisenziyasının ləğvi ilə əlaqədar klubun İkinci Liqa yarışlarında iştirakına son qoyulub.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, ötən Cümə günü “Spartak-Nalçik-Yessentuki” oyunu ləğv olunub.
“Yessentuki" komandasının 2022-2023-cü illər idman mövsümü üçün lisenziyasının ləğvi ilə əlaqədar olaraq İkinci Liqanın 24-cü turu həyata keçirilməyib. pizza
“Yessentuki”nin yarışdan kənarlaşdırılmasından əvvəl o, Taqanroqun “Forte” klubuna 0:15 hesabı ilə məğlub olub.
Sosial şəbəkədə klubun çempionatdan kənarlaşdırılmasına səbəb məhz bu böyük hesablı məğlubiyyət göstərilir.
Telegram kanalımız