“09“la avtoxuliqanlıq edən narkoman sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“09“la avtoxuliqanlıq edən narkoman sürücü tutuldu

Kriminal

04 Fevral 2022 11:25 711


Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini S.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, yoxlamalar zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan heroin qəbul etdiyi məlum olub.

S.Əliyev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!