Belçikanın paytaxtı Brüsseldə bir qrup gəncin 1 aprel zarafatı kütləvi aksiyaya çevrilib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, gənclər Brüsselin mərkəzindəki parklardan birində "La Boum" adlı musiqi festivalının keçiriləcəyi bildiriblər. Festivalda məşhur DJ-in iştirak edəcəyi, koronavirusla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməyəcəyi qeyd olunub.
Lakin sonradan bunun 1 aprel zarafatı olduğu üzə çıxıb. Sezar pizza
Buna baxmayaraq, yüzlərlə gənc həmin gün parka axışıblar. Gənclər ərazidən dağılmadığı üçün polis su şırnağı və gözyaşardıcı qaz istifadə etmək məcburiyyətində qalıb.
Gənclər polisə şüşə və daş ataraq cavab veriblər. Polislə gənclər arasında baş verən qarşıdurmada çox sayda insan yaralanıb.
Telegram kanalımız