Sabunçu rayonunda dekabr ayında keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 33 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotacirlərdən 3-ü qadındır.
Növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb. Ondan 5 kiloqram 90 qram olan marixuana götürülüb. Pepperoni pizza
Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə 32 nəfər saxlanılıb. Onlardan ümümən 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Telegram kanalımız