1-cilərə məktəbi necə sevdirmək olar? -   Psixoloq tövsiyəsi

saytların hazırlanması

Evə çatdırılma

1-cilərə məktəbi necə sevdirmək olar? - Psixoloq tövsiyəsi

Sosial

16 Sentyabr 2019 09:35 1590


Bu il 164 mindən çox uşaq birinci sinfə gedir. Bəs bu uşaqlarla necə davranmaq lazımdır ki, onlarda məktəbə, təhsilə qarşı həvəs yaransın və motivasiyaları yüksək olsun.

“Yeni Sabah” Türkiyənin məşhur klinik psixoloqu Ela Reyhanoğlunun bu barədəki tövsiyələrini təqdim edir:

Psixoloqun fikrincə, uşaqların məktəbə daha tez adaptasiya olmasının əsas şərti valideynlərin öz övladları ilə normal münasibət qura bilmələridir: Dördpendirli pizza

“Uşaq bu yaşadək ana-atası ilə etibarlı münasibət qurmayıb, evdə ətrafdan təcrid olunmuş vəziyyətdə böyüyübsə, o uşağın məktəbə başlayanda çətinlik yaşamağı qaçınılmazdır. Uyğunlaşma problemlərinin baş verməsi normaldır. Ancaq uşağı məkətəbə getməyə həvəsləndirərək bu problemin öhdəsindən gəlmək olar. Uşağa məktəb haqqında qısa məlumat verilməlidir. Həftədə 5 gün gedəcəyini, günün müəyyən hissələrini orada keçirəcəyini, yenidən evə qayıdacağını uşağa başa salmaq lazımdır".

Psixoloq bildirir ki, uşaqlar nə üçün məktəbə getməli olduqlarını başa düşmürlər. Buna görə də onlara məktəbi qavraya biləcəkləri və maraqlarına uyğun şəkildə izah etmək vacibdir:

"Məktəbə getdiyi zaman yeni dostlarının olacağını və onlarla oyunlar oynaya biləcəyini deyərək, uşağın məktəbi əyləncəli məkan olaraq qavramasını təmin etmək əhəmiyyət kəsb edir. Davamlı olaraq, övladınıza “uğurlu olmalısan” deyib, ona məcburiyyət yaşatmayın. Övladlarınıza nəyin səhv, nəyin düzgün olduğunu öyrədin. Mənəvi baxımdan övladlarınıza dəstək verməyiniz onlar üçün daha əhəmiyyətlidir".

Psixoloq xatırladıb ki, onlar ilk öncə uşaqdırlar, məktəbə başladıqları üçün onları “şagird” olmağa məcbur etmək olmaz:

"İlk öncə övladınızın xoşbəxt uşaq olmağına cəhd edin".

Sabrina

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!