1 həftəlik tətilə görə tədris ili uzadılacaq? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

1 həftəlik tətilə görə tədris ili uzadılacaq? - Rəsmi açıqlama

Sosial

05 Mart 2020 12:22 616


Təhsil Nazirliyi koronavirus epidemiyasının yayılmasına qarşı preventiv tədbir olaraq 3-9 mart tarixlərində ümumtəhsil məktəblərində müvəqqəti dayandırılmış dərslərin növbəti günlərdə necə kompensasiya ediləcəyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb. O, bu məsələ ilə bağlı tədris ilinin uzadılmasının nəzərdə tutulmadığını bildirib: "Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənnlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!