1 kq heroin satan qadın gömrük əməkdaşları tərəfindən tutuldu - Məhkəmə işi

saytların hazırlanması

Evə çatdırılma

1 kq heroin satan qadın gömrük əməkdaşları tərəfindən tutuldu - Məhkəmə işi

Kriminal

08 Aprel 2020 20:24 915


1 kq heroinlə tutlan qadının cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Yenisabah.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Rəsilova İntizar Eldar qızının cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.   

Belə ki, 2019-cu ilin iyun ayında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. pizza mizza

Komitədən verilən məlumata görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Rəsulova İntizar Eldar qızı sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılaraq Rəsulova İntizar Eldar qızı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!