1 milyard avroluq müqavilə təhlükə altında - “Mançester Yunayted” nə edəcək?

saytların hazırlanması

Evə çatdırılma

1 milyard avroluq müqavilə təhlükə altında - “Mançester Yunayted” nə edəcək?

İdman

02 Yanvar 2025 10:20 751


“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.

Yenisabah.az “The Telegraph”a istinadla xəbər verir ki, ümumi məbləği 900 milyon funt-sterlinq (bugünkü məzənnə ilə 1 milyard 88 milyon avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir. 

“Qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə çatdırmaqdır. pizza hut

Hazırda “Mançester Yunayted” 19 oyundan 22 xalla 14-cü yeri tutur. Onunla düşmə zonasında olan üçüncü klub - “İpsviç” arasında cəmi 7 xal fərq var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!