Avropa İttifaqından Ermənistan, Qazaxıstan və Qırğızıstana çatmalı olan 1 milyard dollardan çox mal Rusiyadan keçərkən müəmmalı şəkildə “yoxa çıxıb”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadla xəbər verib.
Nəşr yazır ki, Avropa İttifaqı malların Rusiyada qaldığından şübhələnir: pizza
“Çünki onlar, əsasən, ikili təyinatlı, yəni hərbi sənaye müəssisələrinin istifadə edə biləcəyi mallardır”.
Məlumatda bildirilib ki, təyyarə hissələri, qaz turbinləri, optik avadanlıq və digər mallar Qırğızıstan, Ermənistan və Qazaxıstana çatmalı olsa da, alıcıların söylədiyinə görə onlara bu günə qədər hər hansı bir avadanlıq gəlməyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa İttifaqı ölkələrindən tranzit bəhanəsi ilə başqa ölkələrə 2 milyard dollarlıq mal gətirilsə də, demək olar ki, onların yarısı təyinat yerinə çatmayıb.
Telegram kanalımız