1 milyarddan çox “Facebook” istifadəçisinin məlumatları satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

1 milyarddan çox “Facebook” istifadəçisinin məlumatları satışa çıxarıldı

Dünya

05 Oktyabr 2021 02:03 910


1,5 milyard “Facebook” istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Privacy Affairs” internet nəşri məlumat yayıb.

Nəşr xatırladır ki, hələ sentyabrın 30-da haker saytlarından birinin istifadəçisi “Facebook”un verilənlər bazasına çıxış əldə etdiyini bildirmişdi. Hazırda 1,5 milyard müştərinin məlumatlarından ibarət həmin baza satışa çıxarılıb. Toyuqlu pizza

Potensial alıcılardan biri artıq 1 milyon “Facebook” istifadəçisinin məlumatları üçün 5 min dollar təklif edib. İddiaya görə, istifadəçilərin adı, email ünvanı, cinsiyyəti, olduğu məkan və telefon nömrəsi satışa çıxarılıb. 

Nəşr əlavə edir ki, bu, həcm baxımından “Facebook” istifadəçilərinin ən böyük məlumat sızmasıdır.  

“Facebook” tərəfindən məsələ ilə bağlı şərh verilməyib və məlumat təsdiqlənməyib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!