"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimində bahalı saatı və bijüteriyaları ilə diqqət çəkib.
"Yeni Sabah" "Mirror" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu qiyməti 737 min avro olan üzük və bilərzik taxıb. 34 yaşlı futbolçunun taxdığı saatın qiyməti 450 min avrodur. Ronaldo beləliklə, bijuteriya və saat üçün ümumilikdə, 1 milyon 187 min avro xərcləyib.
Telegram kanalımız