1 oktyabra qədər krediti ödəyə bilməyənlərə faiz hesablanmaycaq - Deputatdan   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

1 oktyabra qədər krediti ödəyə bilməyənlərə faiz hesablanmaycaq - Deputatdan ŞAD XƏBƏR

İqtisadiyyat

04 İyul 2021 14:38 1691


Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.

Yenisabah.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır:

"Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir". Toyuqlu pizza

Deputat qeyd edib ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!