1 sot üçün 500 min - Bakıda qiymətlər artıb

saytların hazırlanması

Evə çatdırılma

1 sot üçün 500 min - Bakıda qiymətlər artıb

Siyasət

26 İyul 2025 19:05 565


Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28 % çoxdur. Pepperoni pizza

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13 % ), Nəsimidə isə 292 385 manat (+20 % ) olub.

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+25 %), Xətai rayonunda 232 965 manat (+12 %), Nizami rayonunda 63 842 manat (+18 %), Binəqədi rayonunda 54 875 manat (+14 %), Sabunçu rayonunda 46 352 manat (+10,5 %), Xəzər rayonunda 25 988 manat (+11 %), Suraxanı rayonunda 25 541 manat (+10 %), Qaradağ rayonunda 14 971 manat (+7 %), Pirallahı rayonunda isə 9 124 manat (+8 %) olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!