10 ay əvvəl açılışı olan yol təmirə bağlandı:   SƏBƏB NƏDİR?

saytların hazırlanması

Evə çatdırılma

10 ay əvvəl açılışı olan yol təmirə bağlandı: SƏBƏB NƏDİR?

Sosial

31 Avqust 2025 12:55 14429

Bu yolun açılışı tarixindən heç 1 il də keçməyib.

“Yeni Sabah” bildirir ki, ötən il noyabrın 7-də Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.

Uzunluğu 12,7 kilometr olan yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır. Sezar pizza

Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikilib. Açılışında Agentliyin sədri Saleh Məmmədov yolun keyfiyyəti, üstünlüyü haqda məlumatlar verib.

Lakin üstündən heç 1 il keçməmiş yeni yolun böyük bir hissəsi təmirə bağlanıb. Pirşağı, Kürdəxanı, Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci çox az çəkdi. Artıq yolun əksər hissəsinin asfaltı yenilənib. Hazırda 3-4 km-lik hissəsində asfalt yenidən dəyişdirilir. Bu da sözügedən istiqamətdə kilometrlərlə tıxacların yaranmasına səbəb olur. 

Maraqlıdır, yeni salınan asfaltın istismar müddəti cəmi 1 il idimi? Asfalt niyə yenidən dəyişdirilir? Yolda hansı problemlər yaranmışdı?

İnanmaq istəyirik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu suallara tutarlı cavabı var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor-Pirşağı yolunun təmirə bağlanmasını belə əsaslandırıb:

"Məlumat üçün bildiririk ki, ötən ilin noyabr ayında beynəlxalq tədbir ərəfəsində yeni yolun ikiqat asfalt-beton örtüyü döşənərək istifadəyə verilmişdir. Hazırda isə layihə çərçivəsində üçüncü qat – aşınma layı asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir və bu işlərin yaxın bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır".

Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Amazon
    Yol gozel proyektdir.Tesekkur edirik
    8 months ago
  • Zaur
    Salam. Mənim fikrimcə, bu yol COB 29 vaxtı təcili olaraq açıldı. Asfaltın Keyfiyyəti zəif oldu. İndi keyfiyyətli asfalt çəkdilər. 2 aya tam fəaliyyətə veriləcək, sonra birdən yada düşəcək ki, Su və konalizasiya çəkilməyib, yenə söküb yenidən düzəldərlər. Əsas odurki iş var və davam edir edəcəkdə. Dərnəgül tərəf Santralın yanını bir oturub yaxşı fikirləşsələr tıxac aradan qaldırılar İNŞƏALLAH. Uğurlar olsun.