10 il ərzində 7 minə yaxın miqrant öldü -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

10 il ərzində 7 minə yaxın miqrant öldü - SƏBƏB

Hadisə

24 Fevral 2021 08:46 586


Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərində dünyasını dəyişmiş şəxslərin sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, 2011-ci ildən ötən ilin sonunadək ümumilikdə 6 700 nəfərdən çox işçi miqrant həyatını itirib.

Onların əksəriyyətinin Hindistan, Banqladeş, Nepal və Şri-Lankadan olduğu bildirilib. Həmçinin ölənlər arasında 824 nəfər Pakistan sakini də var. Əslində sayın daha çox olduğu iddia edilir. Çünki bu siyahıya Qətərdəki işçi miqrantların böyük hissəsini təşkil edən Filippin və Keniya vətəndaşlarının adları salınmayıb. pizza

Fars Körfəzi İşçilərinin Hüquqları Qrupunun rəhbəri Nik Makgixan bildirib ki, 2011-ci ildən bəri ölən işçilərin çoxu Qətərin mundiala ev sahibliyi etmə haqqını qazandığı vaxtdan sözügedən ölkədə işləyirdi. (Report)

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!