10 ildən sonra ilk qızılca ölümü: Bir uşaq həyatını itirdi

saytların hazırlanması

Evə çatdırılma

10 ildən sonra ilk qızılca ölümü: Bir uşaq həyatını itirdi

Dünya

27 Fevral 2025 14:52 214


 

ABŞ-ın Texas ştatında qızılca epidemiyası davam edir. Lubbok şəhərində qızılcaya yoluxan bir uşaq dünyasını dəyişib. Bu, ölkədə 2015-ci ildən sonra qızılcadan qeydə alınan ilk ölüm hadisəsidir. Bildirilir ki, uşağa qızılca peyvəndi vurulmayıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Texasda fevral ayının əvvəlindən ən azı 124 nəfərin bu virusa yoluxduğu müəyyən edilib. Onlardan yalnız 5 nəfərinin peyvəndi olub, yoluxanların əksəriyyəti isə uşaqlardır. Nyu Mexico ştatında da 9 qızılca hadisəsi qeydə alınıb. Sezar pizza

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, qızılca hava-damcı yolu ilə (öskürək və asqırıq nəticəsində) yayılır və hər 1000 yoluxmadan 1-3-ü ölümcül nəticələnir. ABŞ-da sonuncu dəfə qızılcadan ölüm 2015-ci ildə qeydə alınmışdı, bir qadın həyatını itirmişdi. Uşaqlar arasında isə sonuncu ölüm 2003-cü ildə baş vermişdi.

Mütəxəssislər bildirir ki, qızılca peyvəndinin iki dozası xəstəliyin qarşısını 97 faiz effektivliklə alır. ABŞ-da uşaqların əksəriyyəti CDC-nin tövsiyəsi ilə ilk dozanı 1 yaşında, ikinci dozanı isə 5 yaşında alır. Lakin son illər peyvəndlə bağlı artan narahatlıqlar səbəbindən daha az sayda uşağa qızılca əleyhinə peyvənd vurulduğu bildirilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!