10 manata narkotik satan şəxs ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

10 manata narkotik satan şəxs ələ keçdi

Kriminal

11 Sentyabr 2021 11:04 1032


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cahangir Pənahov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Marqarita pizza

Araşdırma zamanı C.Pənahovun narkotik vasitəni 10 manata Cavid Fərəcovdan aldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Üzərinə, eləcə də yaşadığı ünvana keçirilən baxış zamanı heroin, elektron tərəzi və şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!